...

Baronessa Manzila Uddin Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 14 Mart 2024 14:20 (UTC +04:00)
Baronessa Manzila Uddin Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Böyük Britaniya parlamentinin Lordlar Palatasının və Azərbaycanla dostluq qrupunun üzvü Baronessa Manzila Uddin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Seçkilərdə qələbəniz münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Bu, Sizin Azərbaycana və xalqınıza çox uğurlu xidmətinizin və liderliyinizin təsdiqidir.

Sizinlə Londonda görüşməyimi və ya ən yaxın zamanda Azərbaycana səfər etməyimi səbirsizliklə gözləyirəm.

Müqəddəs Ramazan ayının başlaması münasibətilə Zati-alinizə və xanım Mehriban Əliyevaya ən xoş arzularımı çatdırıram. Sizə və Azərbaycan xalqına Allahdan firavanlıq və əmin-amanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti