...

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şans yaranıb - XİN rəhbəri

Siyasət Materials 15 Mart 2024 11:25 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şans yaranıb - XİN rəhbəri
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şans yaranıb.

Trend xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bu gün digər məsələlərlə yanaşı olaraq Ermənistanla münaqişədən sonrakı vəziyyət, bərpa və qurulucuq işləri, məcburi köçkünlərin geri dönüşü, minalardan təmizlənməsi barədə məlumatla bölüşdüm.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edildikdən sonra Ermənistanla sülhün əldə olunması üçün tarixi şans yaranıb və Azərbaycan bunun üçün lazım olan addımları atır. Beynəlxalq ictimaiyyət Ermənistanı revanşint ideyalardan yayındırmaq, danışırlara sövq etmək üçün müsbət addımlar atmalıdır”, - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, bizim baxışımız ondan ibarətdir ki, regional sülh və sabitliyin təmin olunması üçün beynəxalq hüququn norma və prinsiplərinə tam riayət olunmalıdır.

“Azərbaycan sülhün təmin edilməsi istiqamətində sistemli, ardıcıl addımlar atır”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşü keçirilib.

Görüşdə üçtərəfli regional əməkdaşlıq, regionda və dünyada baş verən və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb, növbəti görüşün keçiriləcəyi yer müəyyən edilib və Bakı bəyannaməsini qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti