...

ABŞ və Aİ-nin planı Ermənistanı uçuruma aparır (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 29 Mart 2024 20:28 (UTC +04:00)
ABŞ və Aİ-nin planı Ermənistanı uçuruma aparır (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 5-də Aİ, ABŞ və Ermənistan arasında təhlükəsizliklə bağlı görüşün keçirilməsi planlaşdırılır. Təbii ki, bu birtərəfli görüş regiona yaxşı heç nə vəd etmir. Bu format Azərbaycana qarşı yönəlib və Azərbaycanı, Cənubi Qafqazda kövrək sabitliyi hədəf götürüb. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, ABŞ və Avropa İttifaqı regionda sülh istəyirlərsə, mütləq bərabər münasibət bəsləməlidirlər.

“Biz bu bərabər münasibəti 30 il ərzində torpaqlarımız işğal altında olanda görmədik və indi də görmürük. Axı Ermənistanı kim təhdid edir?! Ermənistanı heç kim təhdid etmir. Bizə regionda sülh lazımdır. Ancaq onlar bunu istəmirlər və onların burada bir neçə məqsədləri var, öz maraqlarını təmin etməyə çalışırlar”, - deyə deputat əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti