...

Azərbaycan Ordusu ehtimal edilən istənilən təxribatın qarşısını almağa hazırdır (FOTO)

Siyasət Materials 4 Aprel 2024 11:05 (UTC +04:00)
Azərbaycan Ordusu ehtimal edilən istənilən təxribatın qarşısını almağa hazırdır (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, çətin relyefli və yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir, fasiləsiz xidmət aparılır.

Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir.

Ordu sıralarında xidmət edən vətənpərvər gənclərimiz komandirlərin onlara aşıladığı hərbi biliklər sayəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər.

Bu gün Ali Baş Komandanın diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti