...

Prezident İlham Əliyev hər zaman Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyub - Deputat

Siyasət Materials 6 Aprel 2024 15:55 (UTC +04:00)
Prezident İlham Əliyev hər zaman Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyub - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev hər zaman Azərbaycanın mövqeyini, milli maraqlarını qətiyyətlə və prinsipallıqla qoruyub. Aprelin 5-də Brüsseldə ABŞ, Aİ və Ermənistan arasında keçirilən üçtərəfli görüşlə bağlı da Prezident İlham Əliyev qətiyyətli mövqe ortaya qoydu.

Bunu Trend -ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, məhz elə bu qətiyyətli mövqeyin nəticəsi idi ki, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edərək, görüşün Azərbaycana qarşı yönəlmədiyini izah etməyə çalışdılar.

“Lakin Azərbaycan bu addımların regiona təhlükə törətdiyini bəyan edib və öz qətiyyətli mövqeyini ortaya qoyub. Hər kəs yaxşı bilir ki, ABŞ və Avropa İttifaqının bu davranışları regiona yaxşı heç nə vəd etmir. Brüsseldəki görüş Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhddir.

Bu, Azərbaycana qarşı atılan bir addımdır. Azərbaycan məhz elə regionda sülhün və sabitliyin bərqərar olunmasının tərəfdarıdır və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib, bu istiqamətdə təklifləri irəli sürüb.

Azərbaycan regionda sabitlik və əməkdaşlıq üçün öz üzərinə düşən bütün işləri və öhdəlikləri layiqincə həyata keçirir. Belə olan halda Ermənistanla bitərəfli qaydada görüşün keçirilməsi və ona təhlükəsizlik zəmanətinin yaradılması heç bir məntiqə sığmır və region ölkələrinin maraqlarına xidmət etmir. Onlar Ermənistanı kimdən qorumağa çalışır?!”, - deyə deputat bildirib.

Deputat qeyd edib ki, bu görüşün keçirilməsi, eyni zamanda, digər region ölkələrinin, o cümlədən, Rusiyanın da hiddətinə səbəb olub və Rusiya rəsmilərinin bəyanatları bunu aydın şəkildə göstərir. “Proseslər onu göstərir ki, ABŞ və Aİ-nin bu cür davranışları regionda vəziyyəti gərginləşdirməyə hesablanıb və Ermənistan burada alət kimi istifadə olnur.

Düşünürəm ki, Ermənistan bu təhlükəli yoldan çəkinməli və öz müstəqilliyi haqqında düşünməlidir. Əks halda Suriya, Ukrayna və digər ölkələrdəki ssenarini Ermənistanda çüşahidə edə bilərik”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti