Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Trend xəbər verir ki, fərmanla energetika nazirinin müavinlərinin sayı artırılıb.
Belə ki, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 3-dən 4-ə qaldırılıb.