...

Ceyhun Bayramov qırğız həmkarı ilə görüşdü (FOTO)

Siyasət Materials 9 Aprel 2024 09:11 (UTC +04:00)
Ceyhun Bayramov qırğız həmkarı ilə görüşdü (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində həmkarı Ceenbek Kulubayev ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında bildirilib.

Qeyd edilib ki, nazirlər təkbətək görüş keçirib.

Ceyhun Bayramov da görüş barədə paylaşım edib.

O, Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məlumatlandırıb:

“Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən şadam. Görüş çərçivəsindən Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumat verildi”.

Xatırladaq ki, ötən gün xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti