...

Ceyhun Bayramov Strateji Dialoq Toplantısında iştirak edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 15 Aprel 2024 12:20 (UTC +04:00)
Ceyhun Bayramov Strateji Dialoq Toplantısında iştirak edib (FOTO) (YENİLƏNİB)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirak və çıxış edib.

XİN-dən Trend-ə bildirilib ki, nazir Ceyhun Bayramov ökəmizin qardaş Mərkəzi Asiya ölkələri və KƏŞ ölkələri ilə ortaq tarixi və mədəni irsinin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və s. istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Hazırkı qlobal transformasiya dövründə mövcud çağırışlarla mübarizə kontekstində regional əməkdaşlıq çərçivəsində KƏŞ-Mərkəzi Asiya Strateji Dialoq formatının əhəmiyyəti qeyd olunub.

Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə olduğu kimi "Qlobal Şimal" və "Qlobal Cənub" arasında əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərimizdən biri olduğunu bildirib. COP29-un öz növbəsində bərpa olunan enerji potensialı yüksək olan Mərkəzi Asiya ilə texnoloji imkanları geniş KƏŞ ölkələrinin əməkdaşlığının inkişafı üçün fürsət ola biləcəyi diqqətə çatdırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, Azərbaycanın bölgədə sülh və quruculuq istiqamətində səylərinə Ermənistan tərəfindən qarşılıq göstərilməsinin vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın 30 ilə yaxın işğalı dövründə ölkəmizin mövqeyini dəstəkləyən, habelə postmünaqişə dövründə aparılan quruculuq işləri və minatəmizləmə fəaliyyətinə töhfə verən bütün tərəfdaşlara təşəkkür ifadə edib.

Nazir həmçinin ölkəmizin Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini və gərginlik coğrafiyasının daha da genişlənməsi riskindən ciddi şəkildə narahatlığı diqqətə çatdırıb. Beynəlxalq hüquqa, regional dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin əhəmiyyəti vurğulanıb.

Tədbirin yekununda strateji dialoq üzvlərinin birgə bəyanatı qəbul olunub

xxx

10:47

İlk dəfə olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirlərinin “Mərkəzi Asiya – Körfəz Əməkdaşlıq Şurası” Strateji Dialoq Toplantısında fəxri qonaq qismində iştirak edir.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.

O qeyd edib ki, ölkələrimiz arasında çox işlər görülüb və bundan da çox işlər görüləcək.

İclasda çıxış edən nazir regionlararası əlaqələrin, qardaş ölkələr arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Çıxışda regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına zəmin yaradan bu strateji dialoqa inam və öhdəlik ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti