...

Paşinyan yenidən Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib

Siyasət Materials 15 Aprel 2024 12:43 (UTC +04:00)
Paşinyan yenidən Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Ermənistan Azərbaycanla əvvəlcədən razılaşdırılmış prinsiplər çərçivəsində sülh sazişi imzalamağa hazırdır.

Trend xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlardan sonra deyib.

"Həmkarıma Azərbaycanla son danışıqlar barədə məlumat verdim və Ermənistanın Azərbaycanla artıq razılaşdırılmış prinsiplər əsasında regionda sülh və sabitliyi bərqərar etməyə hazır olduğunu təsdiqlədim. Bunlar 1991-ci il Almatı bəyannaməsinin müddəaları əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və Ermənistanla Azərbaycan arasında qarşılıqlı delimitasiyanın həyata keçirilməsi, eləcə də, dövlətlərin suverenliyi, yurisdiksiyası, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional infrastrukturların açılmasından ibarətdir", - o deyib.

Xatırladaq ki, fevral ayında Paşinyan "The Telegraph" qəzetinə müsahibəsində də İrəvanın sülh sazişi imzalamağa hazır olduğunu bildirmişdi.

"Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq", - deyə Paşinyan müsahibədə bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti