...

İqlim dəyişiklikləri qadın və kişilərə müxtəlif formada təsir edir - Hicran Hüseynova

Siyasət Materials 17 Aprel 2024 11:24 (UTC +04:00)
İqlim dəyişiklikləri qadın və kişilərə müxtəlif  formada təsir edir - Hicran Hüseynova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişiklikləri qadın və kişilərə müxtəlif formada təsir edir. Bunların sırasında sağlamlıq, xüsusilə də reproduktiv sağlamlıq, ərzaq və qida təhlükəsizliyi, ekoloji mühitin müdafiəsi, sosial-iqtisadi məsələlər, məskunlaşma və digər problemləri qeyd edə bilərik.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, artıq beynəlxalq ictimaiyyət səviyyəsində etiraf olunur ki, iqlim dəyişikliyi probleminin həlli bu prosesin sosial aspektlərini nəzərə almadan, müxtəlif insan qruplarına təsirini qiymətləndirmədən, ümumilikdə qadın və kişilərin bərabər iştirakı olmadan mümkün deyil.

“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq - yaşıl əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq olunur. Ətraf mühit problemlərinin əhəmiyyətinin qabardılması və ictimai təşəbbüslərin dəstəklənməsi yaşıl inkişafın perspektivlərini müəyyənləşdirir.

Bizim qarşımızda hansı vəzifələr dayanır? Ekoloji problemlərin yaratdığı reallıqları necə dərk edirik? Necə anlayırıq? Vətəndaşlarımız bunu təkcə məktəblərdə, təhsil müəssisələrində öyrənməli deyil, daha geniş şəkildə maariflənməlidir.

Hər bir ailədə su, qaz, elektrik enerjisindən qənaətlə istifadə olunmalıdır. Ətraf mühiti qorumalıyıq. Biz ailədə böyüyən uşaqlarımıza da bunları öyrətməliyik. Bütün bunlar məişət mədəniyyətinin, ekoloji mədəniyyətin formaşamasına səbəb olacaq. Bu isə insanların ekoloji problemlərə daha ehtiyatla yanaşması, təbiətlə harmoniyada yaşaması deməkdir”, - deyə H.Hüseynova əlavə edib.

Xəbər lenti

Xəbər lenti