...

Azərbaycana müstəqillik uğrunda mübarizəmizə dəstək verdiyinə görə təşəkkür edirik - Yeni kaledoniyalı komitə sədri

Siyasət Materials 18 Aprel 2024 15:34 (UTC +04:00)
Azərbaycana müstəqillik uğrunda mübarizəmizə dəstək verdiyinə görə təşəkkür edirik - Yeni kaledoniyalı komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana müstəmləkəçilik ilə və müstəqillik uğrunda mübarizəmizə dəstək verdiyinə görə təşəkkür edirik.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə “Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri xanım Naisseline Omayran deyib.

O bildirib ki, Kaledoniyada keçirilən referendumun nəticələri saxtalaşdırılıb.

“Biz Kaledoniyada keçirilən referenduma yenidən baxılmasını tələb etmişik. Bu referendum xalqın hüquqlarını oğurlayır”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti