...

Latviyanın xarici işlər naziri Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayıb

Siyasət Materials 20 Aprel 2024 22:08 (UTC +04:00)
Latviyanın xarici işlər naziri Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Latviya Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyasını davam etdirməyə razı olması xəbərini alqışlayır.

Trend-in məlumatına görə, bu barədə öz "X" səhifəsində Latviyanın xarici işlər naziri Bayba Braze yazıb.

"Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasını davam etdirməyə razılıq verməsi xəbərini alqışlayırıq. Bu, iki ölkə arasında davamlı sülh sazişi yolunda mühüm addımdır", - deyə o bildirib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti