...

Sloveniya Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayır

Siyasət Materials 22 Aprel 2024 17:54 (UTC +04:00)
Sloveniya Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sloveniya Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayır.

Trend xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında qeyd edilib.

"Sloveniya 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında razılaşmanı alqışlayır və davamlı sülhə doğru atılan bu addıma görə hər iki tərəfi təbrik edir", - deyə bildirilib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti