...

Lui Bono Cənubi Qafqaz regionuna səfər edəcək

Siyasət Materials 24 May 2024 08:55 (UTC +04:00)
Lui Bono Cənubi Qafqaz regionuna səfər edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı və layiqli sülhə nail olmaq yollarını müzakirə etmək üçün yaxın bir neçə həftə ərzində Cənubi Qafqaz regionuna səfər edəcək.

Bu barədə Trend-ə ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat veriblər.

"L.Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etməyə hazırıq", - deyə səfirlik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti