...

Prezident İlham Əliyev Xocalı soyqrımı haqqında: Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir

Siyasət Materials 28 May 2024 23:40 (UTC +04:00)
Prezident İlham Əliyev Xocalı soyqrımı haqqında: Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə görüşü zamanı deyib.

"Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın", - deyə dövlət başçısı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti