...

G7 İtaliyada keçirilən sammitdə yekun bəyanat qəbul edilib

Siyasət Materials 15 İyun 2024 06:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı, Trend:

Gy İtaliyada keçirilən sammitdə yekun bəyanat qəbul edilib. Trend TASSA-a istinadən əsas məqamlatı təqdim edir:

- G7 Rusiyanı Ukrayna Silahlı Qüvvələrinə qarşı “kimyəvi maddələr”dən istifadə etməkdə ittiham edib.
-Sammit iştirakçıları Rusiya Federasiyasına nüvə silahının istifadəsi və ya sınaqdan keçirilməsinə qarşı xəbərdarlıq ediblər.
- G7 hesab edir ki, Rusiya Ukraynaya 486 milyard dollar təzminat ödəməlidir.
- G7 Ukraynaya 50 milyard dollar məbləğində əlavə maliyyə ayıracaq ki, bu da hərbi, büdcə ehtiyacları və ölkənin bərpası üçün istifadə olunacaq.
- G7 israr edir ki, ÇXR Rusiya Federasiyasından SVO-ya son qoymağa məcbur etsin.
- G7 Belarusu Rusiya Federasiyasına yardım etdiyinə görə qınayıb və İranı Rusiya tərəfinə dəstək verməməyə çağırıb.
- G7 ölkələri Rusiya Federasiyası ilə KXDR arasında hərbi-texniki əməkdaşlığın dayandırılmasına da ümid edirlər.
- G7 Rusiya neftinin qiymət tavanının effektivliyini artırmağa söz verib.
- Sammit iştirakçıları Sudandakı bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıblar.
- Onlar həmçinin husilərdən Qırmızı dənizdə gəmilərə hücumları dayandırmağı tələb ediblər.
- G7 hesab edir ki, Qəzzadakı münaqişə Fələstinin tanınması ilə bitməlidir.
- G7 Tayvan məsələsində əsas mövqelərindən, o cümlədən “bir Çin” prinsipindən əl çəkmədi.
- Sammit iştirakçıları hesab edirlər ki, Venesuela hakimiyyəti açıq seçkilər keçirməli və müxalifətlə razılaşmanı həyata keçirməlidir.
- G7 Qrupu Paris Olimpiadası zamanı bütün ölkələri atəşkəsə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti