...

Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir - Attila Tilki

Siyasət Materials 15 İyun 2024 13:02 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bir yerə toplaşmağımız qürurvericidir. Dost ölkədə olmağımdan çox şadam.

Trend xəbər verir ki, bunu Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” panel sessiyada deyib.

O qeyd edib ki, Macarıstan kimi Azərbaycana da Avropa İttifaqı tərəfindən ikili standartlar tətbiq olunur: “Ədalətdən, hüquqdan ağızdolusu danışan bir qurumun bu hərəkəti yolverilməzdir”.

Ölkəsində keçirilən seçki prosesi barədə məlumat verən A.Tilki seçkilərdə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan miqrantların səsverməsinə imkan yaratdıqlarını bildirib. Təəssüflə qeyd edib ki, Avropa İttifaqı buna görə Macarıstanı cəzalandırıb və təzminat tələb edib.

Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq və bərpa işlərinin, yenidən qurulan infrastrukturun göz oxşadığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti