...

Azərbaycan mina problemindən dünyada ən çox əziyyət çəkən ölkələrdən biridir - Hikmət Hacıyev

Siyasət Materials 19 İyun 2024 11:29 (UTC +04:00)
Azərbaycan mina problemindən dünyada ən çox əziyyət çəkən ölkələrdən biridir - Hikmət Hacıyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan mina problemindən dünyada ən çox əziyyət çəkən ölkələrdən biridir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan tərəfindən məqsədyönlü şəkildə yalnız hərbi təyinatla deyil və müharibədən sonra Azərbaycanın bərpa və quruculuq işlərinə xələr gətirmək və onun sürətini azaltmaq və insanlara qarşı maksimum xələl yetirmək məqsədi ilə minalardan geniş şəkildə istifadə edilib.

Ermənistanın mina siyasətinə baxdıqda görərik ki, bu təkcə keçmiş təmas xətti boyunca deyil və bu hansı ki, o ərazilərin hər hansı bir hərbi təyinatı olmamışdır, o ərazilərdə də minalaşdırma aparılmışdır. Burada məqsəd insanların öldürülməsidir və mina-terror siyasətinin həyata keçilməsidir.

Son dövlərdə baş vermiş mina partlamalarının və xəsərət alan insanların prosesini təhlil etdikdə, bir dah görürük ki, əksər mina partlamaları təmas xəttində deyil, o içərilərdə olan zonalarda baş verir.

Təkrarən qeyd etmək istərdim ki, bu, Ermənistanın məqsədyönlü şəkildə mina terrorunu həyata keçirmək siyasətidir. Təqdim olunan xəritələr effektiv deyil və onlar real şəraiti yerində əks etdirmirdi və tam şəkildə də bu xəritələr verilməmişdir.

Ona görə də bu gün mina terroruna görə məsuliyyət birbaşa Ermənistanın üzərindədir”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti