...

İqlim üzrə Avropa komissarı Azərbaycana səfər edəcək

Siyasət Materials 19 İyun 2024 23:14 (UTC +04:00)
İqlim üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqlim üzrə Avropa komissarı Vopke Hukstra sabah Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumata əsasən, o, Azərbaycan hakimiyyəti və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirmək və noyabrda ölkədə keçiriləcək BMT-nin iqlim dəyişikliyinə dair COP29 konfransına hazırlıq işlərini müzakirə etmək üçün Bakıya gələcək.

Bildirilib ki, səfər zamanı V.Hukstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un sədrliyi komandası ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti