...

Qrantların “qaranlıq dövriyyəsi” xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir - Tural Əliyev

Siyasət Materials 24 İyun 2024 13:15 (UTC +04:00)
Qrantların “qaranlıq dövriyyəsi” xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir - Tural Əliyev
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Zəngilan. Trend:

Maliyyə şəffaflığı və intizamı ən vacib məqamlardan biridir. Yazdığı layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt oluna bilməz və olunmayacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Zəngilanda keçirilən "Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu"nda çıxışı zamanı deyib.

"Fürsətdən istifadə edərək, xarici donorlarla işləyən Azərbaycan QHT-lərini bir daha bu xüsusda əməkdaşlıqlarını yalnız Ədliyyə Nazirliyinin müvafiq bildirişi əsasında qurmağa çağırırıq.

Bu sahədə xidməti müqavilələr dövrü geridə qalmaqdadır. Qanunsuz hesablaşmalar isə ciddi hüquqi məsuliyyət yaradır. Sirr deyil ki, qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. QHT-ləri bu məsələlərdə son dərəcədə diqqətli olmağa dəvət edirik.

QHT seqmentinə xaricdən qeyri-qanuni yollarla, “qrant” adı altında müdaxilə cəhdləri yolverilməzdir, bu cəhdləri edənlər bundan sonra da Azərbaycan dövlətinin qəti addımları ilə qarşılaşacaqlar.

Oxşar ad və üsullarla bir çox ölkələrdə, o cümlədən, regionumuzda sabitliyin necə pozulduğu, “xarici dirijor çubuqları” ilə hansı təlatümlərin yaşandığı göz önündədir.

Bir sıra xarici dairələr hər fürsətdə qəsdən kosmopolit, yad, zərərli ideoloji fikirlər yaymaqla, Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, ailə dəyərlərini, yüksək vətənpərvərlik hisslərini, dini və etnik mühitdəki nümunəvi harmoniyanı zədələməyə çalışırlar.

Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinə vəsilə olan, Tarixi Zəfərimizin əsasını təşkil edən ideoloji, mənəvi dəyərlərə qarşı bu qəsdin, hücumun qarşısının alınmasında Azərbaycan QHT-ləri ön sıralarda yer alır", - deyə T.Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti