Şuşa. Trend:
Fransa Polineziyasında 30 ildir ki, qanunsuz olaraq nüvə sınaqları keçirilir.
Trend-in məlumatına görə, bunu bu gün idarəçilik üzrə beynəlxalq məsləhətçi Karl Korbin Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun paralel tədbirində deyib.
O qeyd edib ki, bu sınaqlar təbiətə, insanların sağlamlığına ciddi mənfi təsir göstərir.
“Fransa hakimiyyəti bu zərərə görə kompensasiya ödəməli olduğu halda bundan qəti imtina edir”, - deyə o əlavə edib.
Xəbər yenilənəcək