Bakı. Trend:
Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətinə baxıb.
Trend xəbər verir ki, barədə məsələ MSK-nın iyulun 22-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələ səsvermə yolu ilə qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində “Gələcək Azərbaycan”, “Müsavat”, “Azad Vətən”, “Vəhdət” və “Ədalət” partiyalatının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.