Laçın. Trend:
Son 3 ildə onlayn məktəblərin açılmasına start vermişik.
Bu barədə Trend-ə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
"Yeni simaların diaspor fəallarına çevrilməsi üçün çalışırıq. Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları və digər amillər üçün gözəl fürsətdir. Düşərgədə Azərbaycan dilində ünsiyyət bacarığı olan 18-29 yaşlı gənclər iştirak edirlər. Düşərgədə iştirak xərcləri tam şəkildə ödənilir", - deyə F.Muradov bildirib.
Qeyd edək ki, bu gün Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilir. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov iştirak edirlər.