Bakı. Trend:
İndiyə qədər deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında bildirib.
"İndiyə qədər 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb", - o qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.