...

Birinci vitse-prezident Mehriban Əliyeva Qaşım Maqomedovun Olimpiya Oyunlarının gümüş medal mükafatçısı olması ilə bağlı paylaşım edib (FOTO/VİDEO)

Siyasət Materials 8 Avqust 2024 10:00 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Qaşım Maqomedovun Olimpiya Oyunlarının gümüş medal mükafatçısı olması ilə bağlı paylaşım edib (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram hesabında Qaşım Maqomedovun Yay Olimpiya Oyunlarının gümüş medal mükafatçısı olması ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti