...

Xoşagəlməz halların baş verməsindən heç kəs qorxmamalıdır - MSK sədri

Siyasət Materials 8 Avqust 2024 11:22 (UTC +04:00)
Xoşagəlməz halların baş verməsindən heç kəs qorxmamalıdır - MSK sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada keçirilən seçkilərdə milyonlarla insan iştirak edir. Bu zaman xoşagəlməz halların olmasından heç kəs sığortalanmayıb.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, xoşagəlməz addımların qarşısını almaq üçün müəyyən maarifləndirici təlimlər həyata keçirilir.

“Bu fəaliyyətdə media orqanlarının rolu danılmazdır. Media subyektləri bəzən öz populyarlıqlarını artırmaq üçün sensasion ştrixlərdən istifadə edib. Xoşagəlməz halların baş verməsindən heç kəs qorxmamalıdır. Milyonlarla insanın iştirak etdiyi tədbirdə bu hallar ola bilər. Sadəcə bu zaman yerində qərar verilməlidir. Burada qəbahətli bir məqam yoxdur”,- deyə M.Pənahov bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti