...

Danimarkanın "Jyllands-Posten" qəzetində Azərbaycan səfirinin məqaləsi dərc olunub (FOTO)

Siyasət Materials 11 Sentyabr 2024 23:53 (UTC +04:00)
Danimarkanın "Jyllands-Posten" qəzetində Azərbaycan səfirinin məqaləsi dərc olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarkanın gündəlik "Jyllands-Posten" qəzetində Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, məqalədə Z. Əhmədov Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini 30 ildən çox müddətdə işğal etdiyini və bu işğalın BMT Təhlükəsizlik Şurası tərəfindən pisləndiyini xatırladıb.

Səfir vurğulayıb ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa edərək Qarabağdakı erməni sakinləri multikultural respublikanın tərkibində yaşamağa dəvət etsə də, onlar Ermənistana köçməyi üstün tutublar. O, 1980-ci illərin sonunda 250 min azərbaycanlının Ermənistandan qovulduğunu da xatırladıb.

Z. Əhmədov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanla sülh sazişinin imzalanması Cənubi Qafqazda firavanlıq və sabitlik üçün geniş imkanlar yaradacaq, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına şərait yaradacaq. Ancaq Ermənistanın Konstitusiyasına daxil edilmiş Azərbaycana qarşı ərazi iddiaları bu sazişin imzalanmasına mane olur.

Məqalədə səfir Fransa və bəzi digər ölkələrin Avropa Sülh Fondundan istifadə edərək Ermənistanı silahlandırmasını, bunun isə sülh prosesinə təhlükə yaratdığını da qeyd edib. O vurğulayıb ki, beynəlxalq ictimaiyyət militarizasiyadan çəkinməli, sülh prosesini dəstəkləməli və regional əməkdaşlığı gücləndirmək üçün Şimali Əməkdaşlıq modelindən nümunə götürməlidir. Bu yanaşmanın Cənubi Qafqazı sabitlik və firavanlıq bölgəsinə çevirə biləcəyini, Azərbaycanın da bu məqsədə tam sadiq olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti