Bakı. Trend:
Bu gün Çexiyanın Karlovı-Varı şəhərində 17 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, minik avtomobili ilə toqquşan sərnişin avtobusu körpüdən aşaraq dəmir yolunun yaxınlığındakı xəndəyə düşüb. Qəza nəticəsində 17 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
İlkin məlumatlara görə, minik avtomobilinin sürücüsü içkili olub. Hadisə yerində yanğınsöndürənlər və polis əməkdaşları işləyir.
Şəhərin mərkəzində avtomobil və dəmir yolu hərəkəti dayandırılıb. Xəsarət alanların hamısı xəstəxanalara çatdırılıb. Həkimlər onların heç birinin həyatı təhlükəsinin olmadığını bildiriblər.