Bakı. Trend:
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və Nikaraqua Xarici İşlər Naziri Valdrak Lüdviq Azərbaycan ilə Nikaraqua arasında siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmək üçün BMT-nin 79-cu iclası çərçivəsində görüşüblər.
Trend xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirilib.
Hər iki tərəf regional və qlobal platformalarda əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı tərəflər həmçinin COP29-a sədrlik çərçivəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Xəbər yenilənir