Bakı. Trend:
Bakı müstəmləkədən əziyyət çəkən xalqların problemlərini danışa bildiyi açıq məkandır.
Trend xəbər verir ki, bu barədə Kamerundan olan QHT üzvü Elizabet Mekouqou Obama jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, onlar burada nədən əziyyət çəkdiklərini bütün dünyaya izah edirlər.
“Müasir dövrdə fərqli formada görünən eyni müstəmləkəçilik və neokolonializm sistemi mövcuddur. Müxtəlif xalqlar bu müstəmləkələrə məruz qalır. Lakin Bakı Təşəbbüs Qrupu kimi platformaların olmasından qürur duymalıyıq. Bu platforma Fransa müstəmləkəsindən əziyyət çəkən xalqlara açıqdır”, - deyə o bildirib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.
Konfransda Afrikanın Seneqal, Burkina-Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.