...

Cinayətkarların məsuliyyətə cəlb olunması aparılan işlərin prioritetidir - Səbinə Əliyeva

Siyasət Materials 3 Oktyabr 2024 17:20 (UTC +04:00)
Cinayətkarların məsuliyyətə cəlb olunması aparılan işlərin prioritetidir - Səbinə Əliyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumuna qatılan əlliyə yaxın ölkənin ombudsmanı və beynəlxalq təşkilatların nümayəndələri bu gün Ağdam şəhərində azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətlərini müşahidə etdilər.

Trend xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, burada ekosid, kultrasid və digər cinayətlər törədilib.

"Bu cinayətləri törətmiş şəxslərin tərəfimizdən məsuliyyətə cəlb olunması aparılan işlərin prioritetidir. Qonaqların burada şahid olduqları onlara çox pis təsir etdi. Gözlədiklərindən də pis mənzərə ilə rastlaşdıqlarını bildirdilər", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə keçirilmiş “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

Səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, eləcə də, Türkiyə, Macarıstan, Qırğızıstan, Filippin, Keniya, Şimali Makedoniya, Mərakeş və Moldovadan ombudsmanlar, milli insan hüquqları institutlarının rəhbərləri, informasiya komissarları və insan hüquqları sahəsində ekspertlər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti