Bakı. Trend:
Şuşaya qayıtmaqla bağlı səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm.
Trend-in məlumatına görə, bunu Şuşa sakini Babayeva Gültəkin jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən 32 ildə səbirsizliklə Şuşaya qayıdacağı günü gözləyib.
"Allah Prezidentimizi, ordumuzu qorusun, qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin", -deyə o bildirib.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.