...

Qərbi Azərbaycan İcması Ermənistanın azərbaycanlıların qayıdış hüququnu pozmasını qətiyyətlə qınayıb

Siyasət Materials 13 Oktyabr 2024 12:58 (UTC +04:00)
Qərbi Azərbaycan İcması Ermənistanın azərbaycanlıların qayıdış hüququnu pozmasını qətiyyətlə qınayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Ermənistanın azərbaycanlıların qayıdış hüququnu pozmasını qətiyyətlə qınayıb.

Trend xəbər verir ki, bu barədə İcmanın bəyanatında deyilir.

“Ermənistanın Prezidenti Vahaqn Xaçaturyan ölkəsinin mətbuatına verdiyi müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışmışdır.

Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmaması absurddur. Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayırıq və Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”, - deyə bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti