...

Dini Liderlərin Qlobal Bakı Sammiti öz işinə davam edir (FOTO)

Siyasət Materials 6 Noyabr 2024 09:05 (UTC +04:00)
Dini Liderlərin Qlobal Bakı Sammiti öz işinə davam edir (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti öz işinə davam edir.

Trend xəbər verir ki, Dini Liderlərin Qlobal Bakı Sammitinin bu gün ikinci günü başlayıb.

Tolerantlıq va Sülh ugrunda Qlobal Suranın sədri Ahmed Mohamed Aljarwan Alshamsi Dini Liderlərin Bakı Qlobal Sammitində çıxışı zamanı deyib ki, növbəti fəlakətlərin qarşısını almaq üçün iqlim dəyişikliyi ilə mübarizədə qüvvələr birləşdirilməlidir.

“Biz bütün maraqlı tərəfləri birliyə çağırmaq üçün dərhal hərəkətə keçməliyik. Təcavüz və zorakılıq aktları sülh uğrunda mübarizədə birləşməyi tələb edir. Biz əməkdaşlığa çağırırıq: dini liderlərin sözləri birləşdikdə, onlar tolerantlıq və qarşılıqlı anlaşma əsasında sülhün möhkəmlənməsinə töhfə verə bilərlər.

Daha sonra Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Mehmet Akkan Suver Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə qeyd edib ki, dünya ekoloji fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə COP29-u insanlığın gələcəyinə bir çağırış kimi qəbul edirik.

"Belə bir anda Bakıda keçiriləcək COP29 bu problemlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirini bəşəriyyətin parlaq gələcəyi adına bir fürsət kimi qiymətləndiririk. Azərbaycanın bu təşəbbüsünün həm də xaos və qarşıdurmalardan, müharibələrdən uzaqlaşmağa şərait yaradacağına inanıram", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti