...

AMB TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasına üzv olub

İqtisadiyyat Materials 6 Noyabr 2024 11:21 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası yaradılıb.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun iştirakı ilə Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının On Birinci Zirvə Görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın yaradılmasına dair Memorandumun imzalanma mərasimi keçirilib.

Bildirilib ki, Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Özbəkistan mərkəzi banklarının sədrləri tərəfindən imzalanan memorandum banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcək.

Qeyd olunub ki, məsləhətçi və məşvərətçi orqan funksiyasını daşıyan Şuranın əsas vəzifəsi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq doğuran sahələrdə birgə məsləhətləşmələr və tədqiqatlar həyata keçirməkdir. Şura regional iqtisadi dayanıqlılığın gücləndirilməsinə, maliyyə sabitliyinin möhkəməndirilməsinə və üzv ölkələr arasında bilik mübadiləsinin təşviqinə dəstək verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti