...

TDT dini və ekoloji mövzuları birləşdirəcək yeni platforma yaratmaq istəyir - Ersin Aydoğan

Cəmiyyət Materials 6 Noyabr 2024 10:59 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) dini və ekoloji mövzuları birləşdirəcək yeni platforma yaratmaq üzərində işləməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) layihə direktoru Ersin Aydoğan Dini Liderlərin Qlobal Bakı Sammitinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.

O, vurğulayıb ki, üç il əvvəl Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə dini sahədə əməkdaşlığa başlamışıq.

"Türk Dövlətləri Təşkilatı ölkələrinin ekologiya nazirlərinin ilk dəfə bu ay bir araya gələcəyini xatırladaraq, yeni əməkdaşlıq sahəsini - iqlimi müəyyənləşdiriblər.

Bu Ümumdünya Dini Liderlər Forumundan ilhamlanaraq, biz dini və ekoloji mövzuları bir araya gətirəcək yeni platforma yaratmağa çalışacağıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti