Bakı. Trend:
Panamada son tropik qasırğa səbəbilə baş verən güclü yağışlar nəticəsində ikisi azyaşlı olmaqla, ən azı 5 nəfər həyatını itirib.
Trend xəbər verir ki, Milli Mülki Müdafiə Sisteminin verdiyi məlumata görə, həlak olan beş nəfərdən dördü suda boğulub, biri isə torpaq sürüşməsi nəticəsində dünyasını dəyişib.
Panama Təhsil Nazirliyi ölkə üzrə bütün dərsləri ləğv edib.