...

Prezident İlham Əliyev TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışıb

Siyasət Materials 6 Noyabr 2024 11:54 (UTC +04:00)
Prezident İlham Əliyev TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışıb
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bişkek. Trend:

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb.

Trend xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”.

Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti