...

Cənubi Qafqazda sülhə gedən yolun qapıları açılıb - Ərdoğan

Siyasət Materials 6 Noyabr 2024 12:02 (UTC +04:00)
Cənubi Qafqazda sülhə gedən yolun qapıları açılıb - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazda 30 il davam edən münaqişədən sonra sülhə gedən yolun qapıları açılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

"Can Azərbaycanın Vətən Müharibəsində şəhidlər verərək qazandığı zəfəri sülh müqaviləsi ilə möhkəmləndirməsinə ümid edirik",- deyə R.T.Ərdoğan bildirib.

Türk Dövlətləri Təşkilatının gücündən bəhs edən Türkiyə Prezidenti TDT-nin nümunə göstərilən bir platformaya çevrildiyini qeyd edib.

"Türk dünyası üçün ortaq gələcək qurmağı hədəfləyirik. Türk dünyasının əbədi olması üçün güclü iradə masa arxasında olan dostlarımda var. Biz təşkilatımızı daha da irəli aparacağıq. Bizim ortaq əlifbamız gələcəyi birlikdə qurmağımıza işarədir. Bundan sonra üzv ölkələr bu əlifba əsasında lazımi transformasiyanı həyata keçirməlidir. Üzvlərimizin yeni əlifbaya keçid istiqamətində addım atması məqsədəuyğun olardı. Türk dünyası əsri üçün birlikdə çalışacağıq", - deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti