Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin "BMS Group Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkətini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.
Sözügedən şirkətin reyestrə daxil edilməsi ilə Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 93-ə çatıb.
Xatırladaq ki, "BMS Group Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkəti 14 dekabr 2020-ci il tarixindən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.