...

BDU-da "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri" mövzusunda dəyirmi masa keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 6 Noyabr 2024 12:58 (UTC +04:00)
BDU-da "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri" mövzusunda dəyirmi masa keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Lektoriyasında "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri" mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, tədbir BDU və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə həyata keçirilib.

Dəyirmi masada Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədrinin müavini Vüqar Zifəroğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və digərləri çıxış ediblər.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tədbirdə çıxış edərkən bildirib ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas təşəbbüslərindən birinə çevrilməsi bədxah qonşularımız və onların bədxah havadarları da daxil olmaqla bir sıra xarici qüvvələri çox dərindən qıcıqlandırırıq:

"Bu gün Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib. Biz hər gün bunun şahidi oluruq. Amma Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas təşəbbüslərindən birinə çevrilməsi bədxah qonşularımız və onların bədxah havadarları da daxil olmaqla bir sıra xarici qüvvələri çox dərindən qıcıqlandırırıq".

Öz növbəsində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, COP29 ərəfəsində Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tez-tez şahidi oluruq.

"Medianın İnkişafı Agentliyi hətta bir neçə dəfə bu barədə bəyanatlar verib. Yanlış xəbərlərin olduqlarını və onların vaxtında yalanlanması, ifşası ümumi prosesə müsbət təsir göstərir", - deyə o əlavə edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışı zamanı bildirib ki, Azərbaycanın namizədliyini dəstəkləyən ölkələrin bir çoxunun mediası indi Azərbaycana qarşı, daha doğrusu, BMT-nin təşəbbüsünə, iqlim dəyişmələrinə və COP ideyasına qarşı sistemli şəkildə anti-təbliğat aparırlar.

"Maraqlıdır ki, 2024-cü il başlayandan biz Azərbaycana qarşı informasiya hücumlarının daha da intensivləşməsinin şahidi oluruq. İlin əvvəlində prezident seçkiləri, daha sonra parlament seçkiləri keçirildi. COP29-a Azərbaycanın ev sahibliyi dünya dövlətləri tərəfindən yekdilliklə qəbul edildi. Bunun hamısı Azərbaycana marağı artıran informasiya əsasları yaratdı. Azərbaycan bir qayda olaraq həm sosial şəbəkələr üzərindən dezinformasiya hücumlarının hədəfidir, həm də Qərb mediasının "peşəkarlıqla" hazırladığı informasiya manipulyasiyalarının hədəfinə çevrilir. Bunlar fərqli məsələlərdir. Amma hər iki halda Azərbaycan bu informasiya savaşının komponentlərinin şahidi olur",- deyə o qeyd edib.

Dəyirmi masanın sonunda tədbir iştirakçılarının birgə bəyanatı qəbul olunub. Bildirilib ki, bu bəyanat bir neçə xarici dillərə tərcümə olunaraq müxtəlif vasitələrlə xarici ölkələrə, müxtəlif beynəlxalq qurumlara göndəriləcək.

Qeyd olunub ki, Bakı Dövlət Universitetinin mövqeyi bir çox dairələrdə, xüsusilə də xarici ölkələrdə tərəfdaş universitet və digər qurumlarda eşidiləcək.

Xəbər lenti

Xəbər lenti