...

COP29 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əsas hadisə olacaq - Vladanka Andreeva

Yaşıl iqtisadiyyat Materials 6 Noyabr 2024 14:01 (UTC +04:00)
COP29 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əsas hadisə olacaq - Vladanka Andreeva
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 təkcə iqlim gündəmi üçün deyil, həm də 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əsas hadisə olacaqdır.

Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş Konfransda bildirib.

"COP29 təkcə iqlim gündəmi üçün deyil, həm də 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əsas hadisə olacaqdır. Qarşıdakı illər qətiyyətli tədbirlər tələb edəcək - imkanlar pəncərəsi sürətlə bağlanır, heç kimin geridə qalmamasını təmin etməklə, iddialı öhdəliklər götürmək və qlobal miqyasda bu təşəbbüslərin maliyyələşdirilməsinə razılıq vermək üçün az vaxt qalır. Hər kəsin səyinə ehtiyacımız var. Biznes və özəl sektorun bu iqlim təşəbbüsünün bir hissəsi olması vacibdir. Qarşıdakı illərdə sizin rolunuz əhəmiyyətli olacaq və qlobal istiləşməni 1,5°C-dən aşağı saxlamaq üçün indi hərəkətə keçməliyik", - deyə o bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti