...

Azərbaycanın namizədliyini dəstəkləyən dövlətlərin bir çoxunun mediası indi ölkəmizə, COP ideyasına qarşı sistemli şəkildə anti-təbliğat aparırlar - Natiq Məmmədli

Cəmiyyət Materials 6 Noyabr 2024 14:35 (UTC +04:00)
Azərbaycanın namizədliyini dəstəkləyən dövlətlərin bir çoxunun mediası indi ölkəmizə, COP ideyasına qarşı sistemli şəkildə anti-təbliğat aparırlar - Natiq Məmmədli
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın namizədliyini dəstəkləyən ölkələrin bir çoxunun mediası indi Azərbaycana qarşı, daha doğrusu, BMT-nin təşəbbüsünə, iqlim dəyişmələrinə və COP ideyasına qarşı sistemli şəkildə anti-təbliğat aparırlar.

Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Bakı Dövlət Universitetində keçirilən "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri" mövzusunda keçirilən dəyirmi masada deyib.

O, bütün vacib tədbirlər ərəfəsində Azərbaycana beynəlxalq medianın diqqəti artdığını və bu diqqətin heç də həmişə xoş niyyətli olmadığını, bir qayda olaraq informasiya manipulyasiyaları ilə müşahidə olunduğunu bildirib:

"Maraqlıdır ki, 2024-cü il başlayandan biz Azərbaycana qarşı informasiya hücumlarının daha da intensivləşməsinin şahidi oluruq. İlin əvvəlində prezident seçkiləri, daha sonra parlament seçkiləri keçirildi. COP29-a Azərbaycanın ev sahibliyi dünya dövlətləri tərəfindən yekdilliklə qəbul edildi. Bunun hamısı Azərbaycana marağı artıran informasiya əsasları yaratdı. Azərbaycan bir qayda olaraq həm sosial şəbəkələr üzərindən dezinformasiya hücumlarının hədəfidir, həm də Qərb mediasının "peşəkarlıqla" hazırladığı informasiya manipulyasiyalarının hədəfinə çevrilir. Bunlar fərqli məsələlərdir. Amma hər iki halda Azərbaycan bu informasiya savaşının komponentlərinin şahidi olur".

"COP29 dünyada iqlim dəyişiklikləri ilə bağlı məsələlərin müzakirə edilməsidir. Bu, siyasi bir platforma deyil, mötəbər dünya liderlərinin BMT-nin qlobal problemlər sırasında birinci sırada qoyduğu iqlim dəyişikliklərilə bağlı məsələlərin müzakirə edilməsi üçün bir vasitədir.

Dünya ölkələri Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyiblər. Azərbaycanın namizədliyini dəstəkləyən ölkələrin bir çoxunun mediası indi Azərbaycana qarşı, daha doğrusu, BMT-nin təşəbbüsünə, iqlim dəyişmələrinə və COP ideyasına qarşı sistemli şəkildə anti-təbliğat aparırlar. Burada hədəf yalnız Azərbaycan deyil. COP-a qarşı çıxmaq o deməkdir ki, onlar dünyanın bir nömrəli ekoloji probleminə göz yumurlar, etinasız yanaşırlar. Ölkəmizə qarşı aparılan kompaniyanın mahiyyəti məhz bundan ibarətdir. İnformasiya savaşı nə elan olunur ,nə də atəşkəs olur. Bu, daim davam edən bir prosesdir", - deyə N. Məmmədli əlavə edib.

Xəbər lenti

Xəbər lenti