Bişkek. Trend:
Özbəkistan Türk İnvestisiya Fondunun fəaliyyətinin aktivləşdirilməsi məsələlərinə baxmağı təklif edib.
Trend xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı bildirib.
“Hazırda mürəkkəb qlobal iqtisadi şəraitdə ən aktual məsələ investisiya proseslərinin davamlılığını təmin etməkdir. Dünya maliyyə bazarında kapitala tələbat və onun dəyəri artır. İnkişaf etməkdə olan ölkələrə uzunmüddətli və "yaşıl" kreditlərin ayrılması şərtləri çətinləşir”, - Prezident vurğulayıb.
Ş.Mirziyoyev vurğulayıb ki, TDT çərçivəsində dövlətlər maliyyə alətlərinin tətbiqinə ciddi diqqət yetirməlidirlər.
"Bizim təşəbbüsümüzlə Türk İnkişaf Bankının yaradılması məsələlərini nəzərdən keçirməyi zəruri hesab edirik", - o qeyd edib.
"Beynəlxalq maliyyə institutlarının və xarici investisiya şirkətlərinin regional əhəmiyyətli layihələrə geniş cəlb olunması da aktualdır. Bu baxımdan Türk İnvestisiya Forumunun təşkilini təklif edirik və ilk iclasını Özbəkistanda keçirməyə hazırıq ", - Özbəkistan Prezidenti əlavə edib.