Bakı. Trend:
COP29 ərəfəsində Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tez-tez şahidi oluruq.
Trend xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Bakı Dövlət Universitetində "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri" mövzusunda keçirilən dəyirmi masada deyib.
"Medianın İnkişafı Agentliyi hətta bir neçə dəfə bu barədə bəyanatlar verib. Yanlış xəbərlərin olduqlarını və onların vaxtında yalanlanması, ifşası ümumi prosesə müsbət təsir göstərir", - deyə R. Məcid vurğulayıb.