Astana. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TST) sammitində iştirak etmək üçün Bişkekə gəlib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bişkekin "Manas" hava limanında Tokayevi Nazirlər Kabinetinin sədri - Qırğızıstan Prezidenti Administrasiyasının rəhbəri Akılbek Japarov qarşılayıb.
Xatırladaq ki, noyabrın 6-da Bişkekdə TDT Dövlət Başçılarının 11-ci Sammiti keçiriləcək.