...

Bakıda ESG üzrə Vahid platformanın və milli standartın təqdimatına həsr olunmuş konfrans keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 6 Noyabr 2024 10:04 (UTC +04:00)
Bakıda ESG üzrə Vahid platformanın və milli standartın təqdimatına həsr olunmuş konfrans keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda " Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş Konfrans keçirilib.

Trend xəbər verir ki, tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş Konfransda bildirib ki, Azərbaycanda ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) üzrə strateji sənəddə nəzərdə tutulmuş beş planlaşdırılmış mərhələdən üçü artıq tamamlanıb, qalan ikisinin isə yaxın vaxtlarda tamamlanması gözlənilir.

"Dayanıqlı inkişaf və iqtisadi artımın sürətləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən təsdiq edilmiş strategiyalarla müəyyən edilir və dövlət proqramlarında mərkəzi yer tutur. Bu proqramlar çərçivəsində sosial-iqtisadi inkişaf üçün milli prioritetlər müəyyən edilib və bunlardan biri yaşıl iqtisadiyyatın inkişafıdır. Bu əsas prinsiplərə söykənərək, ətraf mühitin qorunması, sosial məsuliyyət və korporativ idarəetmə, habelə ESG prinsiplərinə uyğun hüquqi baza və ekosistemin yaradılması istiqamətində dövlət siyasətinin yönləri müəyyən edilib", — o bildirib.

Daha sonra Vüsal Şıxəliyev qeyd edib ki, Azərbaycanda ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) üzrə strateji sənəddə nəzərdə tutulmuş beş planlaşdırılmış mərhələdən üçü artıq tamamlanıb, qalan ikisinin isə yaxın vaxtlarda tamamlanması gözlənilir.

"Dayanıqlı inkişaf və iqtisadi artımın sürətləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən təsdiq edilmiş strategiyalarla müəyyən edilir və dövlət proqramlarında mərkəzi yer tutur. Bu proqramlar çərçivəsində sosial-iqtisadi inkişaf üçün milli prioritetlər müəyyən edilib və bunlardan biri yaşıl iqtisadiyyatın inkişafıdır. Bu əsas prinsiplərə söykənərək, ətraf mühitin qorunması, sosial məsuliyyət və korporativ idarəetmə, habelə ESG prinsiplərinə uyğun hüquqi baza və ekosistemin yaradılması istiqamətində dövlət siyasətinin yönləri müəyyən edilib", — o bildirib.

Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) ESG üzrə regional eksperti Boris Cancaliya isə "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş Konfransda əlavə edib ki, risklərin idarə edilməsi sisteminin düzgün qurulması ESG məsələlərində həlledici rol oynayır.

"ESG platformasının yaradılması təşəbbüsü ESG və dayanıqlı inkişaf konsepsiyasının təşviqi baxımından mühüm rol oynayır. Burada uğurun əsas elementləri infrastruktur və maliyyə layihələridir ki, onlar bu istiqamətin irəliləməsi üçün həlledici əhəmiyyətə malikdir", - o bildirib.

Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) ESG üzrə regional eksperti Boris Cancaliya çıxışı zamanı vurğulayıb ki, Azərbaycan ESG standartlarının tətbiqində düzgün yoldadır.

"Azərbaycan ESG standartlarının tətbiqi məsələlərində düzgün yol tutur. Ətraf mühit, sosial və korporativ idarəetmə hələ də bir çox ölkələr üçün, xüsusən də inkişaf etməkdə olan ölkələrin əlavə çətinliklərlə üzləşdiyi bölgəmizdə problem yaradır. Ancaq hər şeyi düzgün etmək imkanlarımız da var. Azərbaycandakı ESG üzrə Vahid Platforma kimi platformalar mühüm rol oynayır - onlar təhsil və potensialın inkişafını təşviq edir və resurslara açıq giriş təmin edir. Bəzən lazımi informasiyanı əldə edə bilmirik. Belə təşəbbüslər ESG məlumatlarına giriş təmin edir və bu günkü kimi forumlarda fikirlərin mübadiləsini dəstəkləyir. Bu, həqiqətən vacib bir təşəbbüsdür, çünki maariflənmə və potensialın artırılması, məncə, hər hansı bir konsepsiyanın irəliləməsi üçün əsasdır. Bu işə dəstək olan hər kəsə təşəkkür edirəm", - ekspert bildirib.

Bundan başqa, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş Konfransda çıxışında qeyd edib ki, COP29 təkcə iqlim gündəmi üçün deyil, həm də 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əsas hadisə olacaqdır.

"COP29 təkcə iqlim gündəmi üçün deyil, həm də 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əsas hadisə olacaqdır. Qarşıdakı illər qətiyyətli tədbirlər tələb edəcək - imkanlar pəncərəsi sürətlə bağlanır, heç kimin geridə qalmamasını təmin etməklə, iddialı öhdəliklər götürmək və qlobal miqyasda bu təşəbbüslərin maliyyələşdirilməsinə razılıq vermək üçün az vaxt qalır. Hər kəsin səyinə ehtiyacımız var. Biznes və özəl sektorun bu iqlim təşəbbüsünün bir hissəsi olması vacibdir. Qarşıdakı illərdə sizin rolunuz əhəmiyyətli olacaq və qlobal istiləşməni 1,5°C-dən aşağı saxlamaq üçün indi hərəkətə keçməliyik", - deyə o bildirib.







Xəbər lenti

Xəbər lenti