Bakı.Trend:
İqlim dəyişikliyi istiqamətində dini liderlər arasında inteqrativ mübasibətlərə ehtiyac var.
Trend xəbər verir ki, bunu Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Əbdülsəməd Əl-Yezidi deyib.
O bildirib ki, Dini Liderlərin Qlobal Sammiti dəstəyə layiq platformadır.
“Sammit ərzində bir çox dini təlimlərin nümayəndələrinin fikirlərini dinlədik. Bu fürsəti yaratdığına görə, Azərbaycana təşəkkür edirik. Təkcə ekologiyanın qorunması üçün deyil, ümumən, gələcəyimiz üçün Dini Liderlərin Qlobal Sammiti tipli platformalara dəstək olmalıyıq”,- deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.