...

Özbəkistan Türk dövlətlərinin strateji tərəfdaşlığı, əbədi dostluğu və qardaşlığı haqqında müqavilənin qəbulunu təklif edib

Siyasət Materials 6 Noyabr 2024 14:57 (UTC +04:00)
Özbəkistan Türk dövlətlərinin strateji tərəfdaşlığı, əbədi dostluğu və qardaşlığı haqqında müqavilənin qəbulunu təklif edib
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bişkek. Trend:

Özbəkistan Türk dövlətləri arasında strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında müqavilənin qəbul olunmasını təklif edib.

Trend xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı bildirib.

“Dövlətlərimiz arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığın yüksək səviyyəsini nəzərə alaraq, təşkilatın müqavilə-hüquq bazasının genişləndirilməsi və möhkəmləndirilməsini dəstəkləyirik. Bu hərtərəfli sənədin hazırlanması təşkilatımızın fəaliyyətini daha yüksək siyasi səviyyəyə çıxaracaq”, - o bildirib.

Şavkat Mirziyoyev, həmçinin, qeyd edib ki, TDT-nin tarixi sənədinin (Türk dünyasının Xartiyasının) qəbul edilməsi təşkilatın qardaş ölkələri və xalqlarının çoxşaxəli əməkdaşlığının daha da güclənməsinin bariz nümunəsidir.

“Əminəm ki, bununla Türk dünyasının daha da birləşməsinə, onun nüfuzunun artmasına, qarşılıqlı faydalı və dostluq əlaqələrinin dərinləşməsinə, əməkdaşlığımızın keyfiyyətcə yeni mərhələyə çıxmasına nail olacağıq”, - Ş.Mirziyoyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti