...

Türkiyədən Qazaxıstana avtomobil ixracında azalma müşahidə olunub

İqtisadiyyat Materials 6 Noyabr 2024 12:50 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Qazaxıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz azalaraq, 97,1 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Qazaxıstana 8,8 milyon dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 56,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 30 milyon 511 min 79 dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 3 milyon 581 min 928 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 36 milyon 848 min 952 dollar məbləğində avtomobil ixrac edib.

Xəbər lenti

Xəbər lenti